
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə komissiya üzvləri məlumat veriblər
Bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.
Bununla da komissiyaya daxil olan müraciətlərə baxılaraq bu il üçün iclaslara yekun vurulub. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək.
Qeyd edək ki, komissiya ümumilikdə 800-dən çox müraciətə baxıb.