
ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri zamanı İsrailin Qəzza zolağına təşkil etdiyi hərbi hücumlarda 237 fələstinli həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Donald Trampın bölgəyə səfərinin başlaması ilə Qəzzaya hava hücumlarını gücləndirib.
Yerli mənbələrin məlumatına görə, Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) əhatə edən regional turunun üçüncü günündə 119 nəfər həyatını itirib. Trampın səfəri zamanı baş verən hücumlarda həlak olan fələstinlilərin sayı 237-yə çatıb.
Bu qətliamlar Trampın “Qəzzədəki fələstinlilər daha yaxşı gələcəyə layiqdir” açıqlamasına baxmayaraq baş verib.
İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 53 min 10, yaralıların sayı isə 119 min 998-ə yüksəlib. İsrailin yardımların gəlməsinə mane olması səbəbindən Qəzzada aclıq hökm sürür.
Orxan