
Qida Böhranları üzrə Qlobal Hesabat göstərdi ki, münaqişələr, iqlim böhranı, iqtisadi şərait və yardımların kəsilməsi ərzaq təhlükəsizliyinin artmasına səbəb olur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Təhlillər göstərib ki, dünyada 295 milyondan çox insan aclıqdan ölmək təhlükəsi ilə üzləşib . Qida Böhranları üzrə Qlobal Hesabat (GRFC) göstərdi ki, yardımların kəsilməsi, münaqişələr, iqlim və iqtisadi sarsıntılar ardıcıl olaraq altıncı ildir ki, dünyada artan aclıq və ərzaq təhlükəsizliyinə səbəb olan amillərdir.
“The Guardian” qəzetinin məlumatına görə, dünyada kəskin ərzaq çatışmazlığı həyəcan verici sürətlə artdıqca, hazırda dünyada 300 milyona yaxın insan aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir. Hesabatda qeyd olunub ki, 2024-cü ilə qədər daha 13,7 milyon insan iqlim böhranı və iqtisadi şoklar səbəbilə xroniki qida çatışmazlığına sürüklənəcək. Buna görə hesabat çərçivəsində təhlil edilən 53 ölkə əhalisinin yüzdə 22,6-nın qida təhlükəsizliyi problemi yaşadığı ifadə edildi. Hesabatda qiymətləndirilib ki, “Güclənən münaqişələr, artan geosiyasi gərginlik, qlobal iqtisadi qeyri-müəyyənlik və maliyyə vəsaitlərinin kütləvi şəkildə kəsilməsi kəskin ərzaq təhlükəsizliyini dərinləşdirir.
”Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı (IPC) çərçivəsində “ən xroniki ərzaq çatışmazlığı” ilə üzləşən insanların sayı hesabatda keçən il iki dəfədən çox artıb. Hesabatda 19 aydır İsrailin hücumu, işğalı və blokadası altında olan Qəzza zolağındakı vəziyyət də açıqlanıb . Müvafiq olaraq, kəskin ərzaq çatışmazlığı ilə üzləşdiyi müəyyən edilən insanların 95 faizi Qəzza zolağında və ordu ilə hərbiləşdirilmiş qüvvələr arasında qarşıdurmanın davam etdiyi Sudanda yaşayır. Haiti, Mali və Cənubi Sudanda əhalinin böyük hissəsi oxşar ərzaq çatışmazlığı ilə üzləşir. Sözügedən kateqoriya IPC tərəfindən “fəlakətli” kimi təsnif edilir. 2024-cü ildə Qəzzadakı vəziyyəti qiymətləndirən ekspertlər, orada yaşayan fələstinlilərin yarısının IPC-nin “fəlakətli” kimi təsnif etdiyi şəraitdə yaşadığını aşkar ediblər.
Orxan