Azərbaycan velosipedçisi Qazaxıstanda 3-cü oldu

Qazaxıstanın paytaxtı Astanada olan trek velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan yığma komandaları açıq çempionatda iştirak ediblər.

Federasiyanın mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, komanda üzvlərindən Məryəm Hüseynova 2009-2010-cu il təvəllüdlü 38 idmançı arasında omnuim yarışlarının 200 metr məsafəyə sprint növündə 3-cü nəticə göstərib.

Eyni yaş kateqoriyasında mübarizə aparan Çingiz İsayev isə 40 iştirakçı arasında yarışı 4-cü pillədə tamamlayıb.

Gununsesi.info