
Gəncədə yanğın hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Həmin prospektdə yerləşən misgərlik emalatxanasında anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı emalatxananın 30 kv/metri yanıb. Yanğın söndürülüb digər ərazilərə keçməsinin qarşısı alınıb.