
“İnşaat Konstruksiyaları Zavodu” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı çağırılıb.
Gununsesi.info xəbər verir ki, toplantı iyunun 27-də Bakı şəhəri, Kamil Balakişiyev küçəsi 2 ünvanında keçiriləcək.
Yığıncaqda zavodun 2024-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat dinləniləcək.
Səhmdarların toplantısında gündəlikdə duran əsas məsələlərdən biri “İnşaat Konstruksiyaları Zavodu” ASC-nin gəlirlə işləməməsinin səbəblərinin araşdırılması və yeni maliyyə mənbələrinin cəlb edilməsidir.
Qeyd edək ki, “İnşaat Konstruksiyaları Zavodu” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 370 930 manatdır. Zavod 2023-cü ildə də zərərlə işləyib.