
Dünyanın ən yüksək zirvəsi olan Everestə qalxmağa çalışan filippinli alpinist yorğunluqdan ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.
45 yaşlı filippinli alpinist Filip Santyaqo 7900 metr hündürlükdə yerləşən Everestin 4-cü düşərgəsinə çatdıqdan sonra həyatını itirib.
Nepal Turizm Nazirliyindən verilən açıqlamada, Santyaqonun ölüm səbəbinin həddindən artıq yorğun olduğu bildirilib. Açıqlamada Santyaqonun cansız bədəninin pis hava şəraiti və maddi-texniki çətinliklər səbəbindən düşərgə ərazisində qaldığı qeyd edilib.
Rəsmilər hər il yüzlərlə alpinistin Everestə qalxmaq üçün bölgəyə gəldiyini bildirərək, təəssüf ki, bu cür faciəli hadisələrin hələ də yaşandığını vurğulayıb…
Günel Həsənova