Eurovision canlı yayımında İsrail üçün ehtiyat tədbiri

Eurovision Mahnı Müsabiqəsinin yarımfinal mərhələsində yayımçı İsrailə qarşı reaksiyanın qarşısını almaq üçün canlı yayımda tədbirlər görüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsveçrənin Bazel şəhərində 69-cu Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalı baş tutub.

Müsabiqədə çıxış etmək növbəsi İsrailə çatanda canlı yayım ekranlarında heç bir tamaşaçı göstərilməyib, yalnız müğənni Yuval Rafaelin səsi göstərilib.

16 ölkənin səhnəyə çıxdığı ikinci yarımfinalda Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan böyük finala yüksəlib, Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Gürcüstan, Çexiya və Serbiya isə yarışla vidalaşıb.

Qeyd edək ki, Eurovision Mahnı Müsabiqəsinin möhtəşəm finalı mayın 17-də baş tutacaq.

Orxan

Gununsesi.info