Qüllənin təyyarələrlə əlaqəsi kəsilib, qəza tezliyi işə salınıb

ABŞ-də hava limanında dispetçerlərlə təyyarələr arasında əlaqə 90 saniyə kəsilib. Bu, 3 həftə ərzində 3-cü oxşar hadisə idi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Kolorado ştatının Denver şəhərinin hava limanında hava dispetçerləri ilə təyyarələr arasında əlaqənin kəsildiyi məlum olub.

Federal Aviasiya Administrasiyasının (FAA) rəsmisi bazar ertəsi bildirib ki, əsas rabitə xətləri sıradan çıxıb, lakin radar işləyir. 

ABC News-un məlumatına görə, bundan sonra ehtiyat tezliklərdən istifadəyə qərar verildi.

Bu, təxminən üç həftə ərzində üçüncü belə hadisədir. 

Orxan

Gununsesi.info