Bakıda iş adamı “Porşe” ilə motosikletçini vurdu - FOTO

Bakıda ağır qəza baş verdi.

Gununsesi.info Ajans.az-a istinadən xəbər verir ki, Bakıda, Heydər Əliyev prospektində Orxan Ələkbər oğlu Məmmədova məxsus 90 OY 015 dövlət nömrə nişanlı “Porşe” markalı avtomobillə ağır qəza törədilib. O öz avtomobili ilə motosikletçini vurub.

Hadisə yerindən əldə edilən fotolardan göründüyü kimi, motosiklet sürücüsü ağır yaralıdır.

Qeyd edilir ki, Orxan Məmmədov məşhur iş adamıdır.

Faktla bağlı araşdırma aparılır.