
Koç Universiteti Xəstəxanası Kardiologiya Mütəxəssisi həkim Erol Gürsoy müşahidəçi olaraq dəvət aldığı Nyu Yorkdakı Mount Sinai Xəstəxanasına ilk günündə qəhrəman kimi daxil oldu.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, qalacağı oteli axtararkən önünə yıxılan bir nəfərə müdaxilə edən Gürsoy infarkt keçirən xəstəni dəqiqələrlə ürək masajı edərək həyata qaytarıb.
Onun müdaxilə etdiyi şəxs Wall Streetin maliyyə nəhənglərindən biri olan Li Şulman idi. 1 faiz sağ qalma şansı olan Şulman vaxtında edilən müdaxilə ilə yenidən həyata qayıdıb. Hadisənin ertəsi günü Gürsoy, xəstə sənədlərindən birində “5 dəqiqə ürək masajı edən həkim sayəsində həyata qayıtdı” qeydini görəndə kömək etdiyi şəxsin Şulman olduğunu anlayıb.
Günel Həsənova