
Yəməndə İranın dəstəklədiyi husilər hipersonik ballistik raketlə İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanını növbəti dəfə hədəfə aldıqlarını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Husi ordusunun sözçüsü Yahya Seri, Ben Gurion hava limanının hipersəs raketi ilə hədəf alındığı “ixtisaslı” bir hərbi əməliyyat həyata keçirdiklərini söylədi.
Seri, raketin hədəfini vurduğunu və hava limanında uçuş trafikinin təxminən bir saat dayandığını bildirib.
Seri, Qəzzaya edilən hücumların dayandırılması və blokadanın qaldırılması üçün bu cür hərbi əməliyyatları genişləndirəcəklərini, Ben Qurion hava limanında hava nəqliyyatı və Qırmızı dəniz, Oman dənizlərində dəniz nəqliyyatını dayandırmaq üçün hücumlarına davam edəcəklərini bildirib.
Orxan