Avropa İttifaqı Putinə qarşı yeni sanksiyalar hazırlayır

Rusiya prezidenti Vladimir Putin Türkiyədə Kiyev ilə uzun müddətdir gözlənilən birbaşa danışıqlarda iştirak etməkdən imtina etdikdən sonra Avropa liderləri ona qarşı təzyiqləri artırmağa hazırlaşır.

Gununsesi.info  xəbər verir ki, bu barədə diplomatik mənbələr “Politico” nəşrinə məlumat verib.

Məlum olduğu kimi, bu gün Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti keçirilib. Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna və Türkiyə liderləri qeyri-rəsmi görüşdə Ukraynadakı münaqişənin gərginliyinin azaldılması üçün addımlar müzakirə ediblər. Nəşrin məlumatına görə, əsas diqqət Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə yönəlib.

Dörd avropalı məmur bildirib ki, sammitdə Rusiyanın idxal etdiyi məhsullara cəza tariflərinin tətbiqi müzakirə olunur. Bu, əvvəllər bir sıra ölkələr, o cümlədən Macarıstan tərəfindən bloklanan tam ticarət embarqosuna alternativ kimi görülür.

İclas ərəfəsində Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər. Paket neft və qaz sanksiyalarından yan keçmək üçün istifadə edilən kölgə donanmasına aid 200-ə yaxın gəmisə qarşı tədbirləri əhatə edir.

Санкции ЕС против России - почему угрозы могут не сработать — УНИАН

Türkiyədə danışıqların uğursuzluqla nəticələnməsindən sonra siyasi gərginlik artıb. 2022-ci ildə başlayan tammiqyaslı işğaldan sonra Ukrayna və Rusiya nümayəndələri arasında ilk birbaşa görüşlər olmalı idi. Lakin Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin şəxsən iştirak etməyib, yalnız aşağı səviyyəli nümayəndə heyəti göndərib. Bu, danışıqlar prosesinin pozulması kimi qiymətləndirilib.

Donald Tramp danışıqlara qoşulmağa hazır olduğunu deyib, amma vurğulayıb ki, Putinlə şəxsi görüş olmadan irəliləyiş gözləmək olmaz: “Putinlə mən görüşənə qədər heç nə olmayacaq”, — o, Air Force One təyyarəsində bildirib.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Qərbi daha qətiyyətli addımlar atmağa çağırıb: “Biz Rusiya iqtisadiyyatını birdəfəlik sarsıda biləcək dağıdıcı sanksiyalar tətbiq etməyə hazır olmalıyıq.”

Təşəbbüsə amerikalı senator Lindsey Graham da qoşulub. O, Kreml təcavüzünü dayandırmazsa, Rusiya ixracına 500 faiz rüsum tətbiq edilməsini təklif edib. Avropa Birliyindən bir rəsminin sözlərinə görə, bu təklif dəstəklənir: “Biz onun təklifindən ilhamlandıq.”

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info