“Telegram” komandası Durovun həbsinə münasibət bildirib

  • By ilhame
  • 25 Avqust 2024 23:48

Telegram”ın və ya onun sahibinin platformadakı sui-istifadələrə görə məsuliyyət daşıdığına dair iddialar absurddur.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Telegram News” kanalının məlumatında deyilir.

 

Qeyd olunub ki, “Telegram” Avropa Birliyinin, o cümlədən Rəqəmsal Xidmətlər Aktının qanunlarına əməl edir:

 

“Onun moderasiyası sənaye standartlarına cavab verir və daim təkmilləşdirilir. “Telegram”ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur və o, tez-tez Avropanı gəzir. “Telegram”ın və ya onun sahibinin həmin platformadakı sui-istifadələrə görə məsuliyyət daşıdığını iddia etmək absurddur”.

Gununsesi.info