İsrail nümayəndə heyəti danışıqlar aparmaq üçün Qahirəyə getdi

  • By ilhame
  • 25 Avqust 2024 16:54

İsrail nümayəndə heyəti girovları azad etmək üçün danışıqlar aparmağa görə Qahirəyə gedib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.

Danışıqların təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, avqustun 23-də Fələstin hakimiyyəti İsrail və HƏMAS arasında danışıqlarda iştirakdan imtina edib.

Gununsesi.info