Ukrayna Rusiyaya ağır dron zərbələri endirir

  • By admin
  • 25 Avqust 2024 20:12

Rusiyanın Volqoqrad vilayətində dronların gecə hücumu nəticəsində Marinovka hərbi aerodromunda yanğın baş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, vilayətin qubernatoru Andrey Boçarov bu barədə deyib. Onun  sözlərinə görə Marinovkaya hücum dəf edilib və dronların böyük əksəriyyəti vurulub.

 

Boçarov əlavə edib ki, dronun düşməsi nəticəsində “Müdafiə Nazirliyinin obyektində” yanğın başlayıb.

 

Daha sonra aerodromun yerləşdiyi Kalaçevsk rayonunun başçısı Roman Qorbatı bildirib ki, xilasedicilər dron qırıntılarının düşməsi nəticəsində baş vermiş yanğının özəyini söndürə biliblər.

 

Yerli sakinlər hadisələri əks etdirən foto və videoları sosial mediada paylaşıblar. “Ostorojno, novosti” və Astra teleqram kanalları bildirirlər ki, hərbi şəhərciyin sakinləri təxliyə olunublar.

 

NASA-nın yanğınlar xəritəsinə əsasən avqustun 22-ə keçən gecə Marinovka aerodromunun ərazisində bir neçə yanğın olub.

 

Hərbi hava bazasının avqustun 19-da çəkilmiş peyk fotolarında ərazidə iyirmiyədək hərbi təyyarə və səkkiz yük maşını görünür. Ehtimal olunur ki, bu yük maşınlarında Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi Şahed tipli dronlar ola bilərdi. Wikimapia-nın məlumatına görə dronlar aerodromun ərazisindəki raket anbarını da dağıda bilərdilər.

Bu arada “Kavkaz” portunda yanacaq sisternlərindən ibarət qatarı daşıyan bərəyə hücum edilib.

 

Krasnodar diyarı qərargahının məlumatına görə bərədə yanğın baş verib.

 

Bəzi teleqram kanallarında iddia olunduğuna görə bərə keçidinin olduğu yerdən havaya tüstü qalxıb.

 

Gununsesi.info