İsrailə qarşı cavab zərbəsi təxirə salınıb

Livan Hizbullahı hərəkatının Beyrutda hərəkatın hərbi qanad komandiri Fuad Şokrun öldürülməsinə cavab olaraq İsrailə endirdiyi zərbə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar da daxil olmaqla bir çox səbəblərə görə təxirə salınıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla Hizbullah lideri Həsən Nəsrullah çıxış edib və çıxışı Əl Manar telekanalı yayımlayıb.

“Bütün hərəkat Fuad Şokra sui-qəsddən dərhal sonra cavab verməyə hazır idi, lakin biz başa düşdük ki, İsrail və onun müttəfiqi ABŞ o anda bizim cavabımıza hazırlaşır və belə bir şəraitdə tələsmək məğlubiyyət demək olardı Qəzza danışıqlarına şans vermək” -deyə Nəsrullah bildirib.

O, əlavə edib ki, Hizbullah “sonra açıqlanacaq öz mülahizələrinə” əsaslanaraq, digər müttəfiqlərindən ayrı hərəkət etmək qərarına gəlib.

 

 

Gununsesi.info