
Goranboy rayonunda minaya düşərək xəsarət alan Qaraçinar kənd sakini Qalib Abbasov Gəncə şəhərindəki 1 saylı Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına gətirilib.
Gununsesi.info həmin görüntüləri təqdim edir:
***
Mayın 31-də saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gununsesi.info xəbər verri ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
“Ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, – məlumatda qeyd edilib.
***
Bu gün Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Goranboy rayonunun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş, Goranboy rayonunin Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
Goranboyda mal-qara otaran kişi minaya düşüb.
Gununsesi.info “Report”a istinadən bildirir ki, hadisə rayonun Qaraçinar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini, 45 yaşlı Q.Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.