25 il əvvəl paytaxtımızı dağıtdılar, üzv olmayacağıq! – Popoviç

  • By Günel
  • 27 Oktyabr 2024 12:58

“Serbiya 1999-cu ildə NATO bombardmanının nəticələrini yaxşı xatırlayır. Biz heç vaxt bu təşkilata üzv olmayacağıq”.

Gununsesi.info xəbər verir ki, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığı kurasiya edən nazir Nenad Popoviç deyib.

“25 il əvvəl Serbiya NATO bombardmanlarının qurbanı oldu, Belqrad isə tam dağıdıldı. Bütün bunlardan sonra Serbiya heç vaxt NATO üzvü olmayacaq. Biz müstəqil siyasət həyata keçiririk”, – o bildirib.

Popoviç Serbiyanın Avropaya inteqrasiyasına baxmayaraq, onun BRİKS ölkələri ilə ikitərəfli münasibətləri dayandırmaq istəmədiyini söyləyib.

Gununsesi.info