Meksikalı keşişi güllələyən şəxs saxlanılıb

Meksika polisi ölkənin cənubundakı Çiapas əyalətində Roma Katolik keşişini və insan haqları müdafiəçisini qətlə yetirməkdə ittiham olunan şəxsi həbs edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ata Marselo Peres “San Cristobal de las Casas” şəhərindəki kilsəsində ayini qeyd etdikdən sonra öldürülmüşdü.

Şahidlərin dediyinə görə, atəşlər motosikletlə kilsəyə yaxınlaşan iki kişi tərəfindən açılıb.

Səlahiyyətlilər qatilin yerli narkotik satıcısı Edqar N olduğunu müəyyən ediblər.

Orxan Saffari

Gununsesi.info