
Bugün dünyanın ən məşhur gəmiçilik şirkətlərindən biri olan “Palmali Holding” özünün 26 yaşını qeyd edir.
Əslən Azərbaycandan olan, özünün xeyriyyəçilik fəaliyyəti ilə xalqımızın qəlbində böyük iz buraxan Mübariz Mənsimov (Qurbanoğlu) özünün sosial şəbəkə hesabında sahibi olduğu bu şirkət haqqında maraqlı qeyd yazıb:
“Biz Palmali ailəsi olaraq, bugünü qeyd edərkən çətinliklər, eniş-yoxuşlu yolları şərəflə keçdiyimizin “Palmali Holding”in 26 yaşına Bu illər ərzində enişli-yoxuşlu, dənizçilərin dili ilə desək, dalğalar və fırtınalarla dolu bir məsafə qət etdik. Lakin heç bir dalğa, heç bir fırtına bizi yürüdüyümüz cığırdan çıxara bilmədi”.
Mübariz Mənsimov təvazökar insan olduğundan özünün Azərbaycan xalqı üçün etdiklərinə toxunmadığı üçün bir neçə kəlmə biz bu barədə danışmaq istədik.
Yüz minlərin, milyonların sevimlisinə çevrilmək hər kəs üçün asan və qazanılası mümkün olan şey deyil.
Amma Mübariz Mənsimov bunu bacarıb.
Ötən 26 il ərzində öz qazancını xalqının həssas təbəqəsi ilə bölüşməsi faktlarını saymaqla qurtarmaq olmaz.
Türkiyədə, Avropada təhsil alan minlərlə tələbənin üzərində onun əməyi var.
Azərbaycanın 44 Günlük Vətən Savaşında özü həbsdə olsa da məhkəməsində gördüyü insanlardan ilk söruşduğu “Qarabağda vəziyyət necədir “, “çoxmu şəhidimiz var” “erməniləri iti qovan kimi qovacağıq” və sair ürək yanğısını bu sözlərlə suallarla ifadə edirdi.
O, sonda haqqı etdiyi azadlığını qazandı.
Bugün Mübariz Mənsimov 44 Günlük Vətən Müharibəsinin şəhidlərinin adlarını “Palmali”yə məxsus gəmilərə verməklə, bu qəhrəmanlarımızı dünyada tanıtmağa başladı.
Hər bir gəmidə adını daşıdığı şəhidin guşəsi var.
Şəhid ailələrinin, qazilərin qayğısını , problemlərini şəxsən nəzarət götürüb yardımçı oldu.
Mübariz Mənsimov bunu o zaman edirdi ki, ölkəmizdən olan bəzi adamlar onu şərə salmışdılar. Əllərində olan media quruluşları vasitəsilə ona qarşı amansız kampaniya aparırdılar.
Amma bunları heç biri onu vətəninə, xalqına olan sevgisindən vaz keçirmədi.
Söhbərlərimizin birində ondan soruşdum.
Bu qədər haqsızlıq olundu, nə əcəb küsmədiniz? Axı, bu pulları siz başqa ölkədə qazanırsınız…
Cavabı isə “it hürər ,karvan keçər, Harda olsam da mənim üçün Azərbaycan xalqı, onun həssas təbəqəsinin yanında olmaq prioritetdir.
Doğrudan, edilən haqsızlıqlara rəğmən o, bu vədinə sadiq qaldı.
Nə dövlətindən, nə də onun rəhbərindən küsdü. Əksinə, hər fürsətdə öz sədaqətini nümayiş etdirdi.
Mənsimovun xalqımız üçün etdiyi ən böyük işlərdən biri də İstanbula çörəkpulu üçün üz tutan minlərlə ailənin təhsilsiz qalan övladları üçün məktəb açmasıdır.
Məhz buna görə ona dövrümüzün Hacı Zeynalabdin Tağıyevı deyirlər.
Biz də Gününsəsi olaraq, Mübariz Mənsimova və komandasına uğurlar arzu edirik.
Pərviz Həşimli
Gununsesi.info