
Liderləri İsrail tərəfindən hədəf alınan HƏMAS-a kimin rəhbərlik edəcəyi müzakirə edilərkən, təşkilatın mart ayında keçirilməsi planlaşdırılan seçkilərə qədər Qətər mərkəzli bir komitə tərəfindən idarə ediləcəyi iddia edilirdi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail dəfələrlə Həmas liderlərini qətlə yetirib. Tehranda öldürülən İsmayıl Haniyənin yerinə gələn Yəhya Sinvar da ABŞ-ın dəstəklədiyi əməliyyatda öldürülüb.
İki liderini itirən HƏMAS-ın yeni liderinin kim olacağı müzakirə edərkən, təşkilatın gələcəyi ilə bağlı kritik bir inkişaf yaşanıb.
Həmas mənbələri iddia edib ki, təşkilat Yəhya Sinvarın yerinə yeni lider təyin etməyəcək və bunun əvəzinə mart ayında keçirilməsi planlaşdırılan seçkilərə qədər Qətərin paytaxtı Dohada yerləşən inzibati komitə tərəfindən idarə olunacaq.
HƏMAS-ın keçmiş Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra yaradılan komitənin müvəqqəti olaraq qruplaşmaya rəhbərliyi öz üzərinə götürəcəyi iddia edilib.