
BRİKS sammiti çərçivəsində Rusiya lideri Vladimir Putin Hindistan, İran, Türkiyə, Çin və Fələstin liderləri ilə görüşlər keçirəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O qeyd edib ki, Rusiya rəhbəri oktyabrın 23-də Türkiyə və İran prezidentləri ilə, oktyabrın 24-də isə Fələstin lideri Mahmud Abbas və BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək.
Uşakovun sözlərinə görə, BRİKS sammitində 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.
Gununsesi.info