
Fransa ilk dəfə 18 yaşdan kiçiklərə qorxu filmi üçün qadağa qoyub.
Gununsesi.info NTV-yə istinadən xəbər verir ki, Fransa 2006-cı ildən bəri ilk dəfə olaraq 18 yaşdan kiçiklərə qorxu filmi üçün qadağa qoyub.
Fransada nümayiş etdirilən rejissor Damien Leone tərəfindən çəkilmiş ABŞ istehsalı olan mübahisəli Dəhşət (Terrifier 3) qorxu seriyasının üçüncü filmi 2006-cı ildən bu yana ölkədə 18 yaşından kiçiklər üçün qadağan olunmuş ilk film oldu.
“Terrifier” serialı müstəqil qorxu filmləri arasında ən böyük hitlərdən birinə çevrilib. Film Demien Leone tərəfindən yazılan və rejissorluq edilən 250.000 dollarlıq büdcə ilə dünya üzrə 15 milyon dollardan çox gəlir əldə etdi.
Factoris Films, Shadowz Films və ESC Editions şirkətləri “Terrifier 3” filminin 18 yaşından kiçiklər üçün qadağan edilməsindən sonra birgə açıqlama verərək, bu gözlənilməz qərara görə təəssüfləndiklərini bildiriblər.
Rəsmilər filmdəki zorakılığın “gülünc və qeyri-real” olduğunu müdafiə edərək, tamaşaçıların bu bədii yanaşmanı anlamaq üçün lazımi yetkinliyə malik olduğunu bildiriblər.
Bundan əlavə, son vaxtlar ekranlara çıxan filmlərin yeniyetmə tamaşaçılar arasında mənfi təsir göstərmədiyi vurğulanıb.
Günel Həsənova