
Kanada məhkəməsində 1985-ci ildə Air India təyyarəsinin partladılmasına görə bəraət qazanan adamın güllələnməsinə görə iki cinayətkar günahını etiraf edib.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, Tanner Foks və Xose Lopez 2022-ci ildə iş adamı Ripudaman Sinqh Malikin ikinci dərəcəli qətlində təqsirli olduqlarını etiraf ediblər.
Onlar birinci dərəcəli qətlə görə məhkəmə prosesi ərəfəsində Britaniya Kolumbiyası Ali Məhkəməsinə müraciət ediblər.
Qeyd edək ki, Nyu Vestminsterdəki məhkəmə zalında Foks və Lopez arasında şiddətli yumruq davası baş verib.
Araşdırmalar davam edir.
Orxan Saffari