
Nigeriyanın cənubundakı Edo əyalətində Lassa qızdırması epidemiyasından 21 nəfərin öldüyü açıqlanıb. Edo əyalətinin səhiyyə rəsmisi Dr. Cozef Okoeqale Lassa qızdırması epidemiyasının ştatın müxtəlif bölgələrinə yayıldığını və ümumilikdə 240 hadisənin aşkar edildiyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu il ölkə daxilində 170-dən çox insan Lassa qızdırmasından ölüb.
Hökumət xəstəliyin müalicəsi üçün üç dərmanın müəyyən edildiyini açıqladı.
Qeyd edək ki, Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində aşkar edilib . Xəstəlik siçan nəcisi ilə ötürülür və insandan insana keçə bilər.
Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.