O, dünya sülhü üçün 80 ölkəyə səfər edib: - 40 il...

İranda yaşayan Rəhmetullah Azad adlı 60 yaşlı kişi dünya sülhünə diqqət çəkmək üçün velosipedi ilə 40 ildə 80 ölkəni gəzib. Nəhayət, Azad Türkiyə turu təşkil etmək üçün yenidən yola düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın paytaxtı Tehran yaxınlığında yaşayan Rəhmətullah Azad gənc yaşlarında dünyada baş verən zülmə, ədalətsizliyə, müharibələrə diqqət çəkmək üçün velosiped sürməyə qərar verib.

Azad 40 ildir ki, pedal çevirib və Afrika, Avropa və Asiyanın 80 ölkəsində olub.

Barış mesajı verən və getdiyi yerdə insanlarla bir araya gələn Azad bu yaxınlarda Türkiyə turu təşkil etmək üçün yenidən yola düşüb.

Velosipedi ilə gecə-gündüz Muş, Kayseri, Sivas kimi bir çox vilayətləri gəzərək çətin yolları aşaraq Ağrıda fasilə verən Azad Türk Qızıl Aypara şöbəsini ziyarət edib, Taşlıçay rayonunda vətəndaşların qonağı olub.

Orxan Saffari

Gununsesi.info