
ABŞ-ın Texas ştatında helikopter radio qülləsinə çırpılıb. Qəza nəticəsində helikopter qəzaya uğrayıb və 1-i uşaq olmaqla 4 nəfər ölüb.
Gununsesi.info Türk mediasına istinadən xəbər xəbər verir ki, hadisə dünən, yerli vaxtla saat 19.51 radələrində ABŞ-ın Texas ştatının Hyuston şəhərində 21 oktyabrda baş verib.
Belə ki, Robinson R44 tipli özəl tur helikopteri radio qülləsinə çırpılıb .
Qəzada radio qülləsi uçub, helikopter isə yerə çırpılıb. Helikopterin qəzaya uğramasından sonra başlayan yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər göndərilib.
Polisdən verilən açıqlamada qəzada biri uşaq olmaqla 4 nəfərin öldüyü bildirilib.
Orxan Saffari