
“Nəzərə alsaq ki, “Siyasi Partiyalar haqqında Qanuna” əsasən gələn ildən etibarən ilk dəfə olaraq yalnız parlamentdə mandat əldə edən 11 partiya deyil, parlament seçkilərində iştirak edən bütün partiyalar da namizədlərinin topladıqları etibarlı səs sayına görə dövlət tərəfindən maliyyələşdiriləcəkdir. Bu da digər 14 partiyanın dövlət büdcəsindən maliyyə alması deməkdir. Beləliklə, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i büdcədən maliyyə alacaqdır. Hesab edirəm ki, dövlətin bu addımı həm siyasi partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək, həm də hakimiyyətin dialoq siyasətinin nəticələrindən biri kimi siyasi institutlara öz missiyalarını yerinə yetirmək və təşkilatlanmaq üçün əlavə imkanlar yaradacaq. Göründüyü kimi, təklif olunan qanun layihələrinin məzmunu və fəlsəfəsi ölkədə həyata keçirilən siyasi islahatların hüquqi bazasının təkmilləşdirilməsinə xidmət edir və ona görə də bu dəyişiklərə səs verəcəm.”,- deyə deputat qeyd edib.