İkinci Dünya Müharibəsi sualtı qayığı 81 ildən sonra tapıldı

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 2000-ci ildən bəri sualtı qayığı tapmaq üçün ən azı 14 ekspedisiya həyata keçiriblər.

Britaniya sualtı qayığı Yunanıstanın Donoussa adası yaxınlığında İkaryan dənizində 830 metr dərinlikdə tapılıb. 

Qeyd edək ki, 1943-cü il oktyabrın 14-də yoxa çıxan Trooper gəmisinin sualtı minaya düşərək 64 nəfərlik heyətin hamısını öldürdükdən sonra batdığı bildirilirdi.

Lakin hələlik tam dəqiq deyil. Çünki Planet Blue sualtı xilasetmə şirkətinin sahibi Kostas Thoctarides, “gəminin son görünmə ssenarisinin səhv ola biləcəyini və sualtı qayığın gözləniləndən daha qərbdə ola bilər”,- deyə bildirib.

Orxan Saffari

Gununsesi.info