
Avstraliyada qastrol səfərinin son günündə izdiham kral və kraliçanı gözləyərkən Sidney Opera Evində bir aborigen etirazçı həbs edilib.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, çox sayda insan kral cütlüyünün ziyarət edəcəyi liman kənarındakı həyətə toplaşıb və Brisbendən olan tanınmış yerli aktivist Wayne Wharton, anti-monarxist şüarlar qışqırmağa başlayıb.
O, polis dayan əmrinə də tabe olmayıb və həbs edilib.