“Palmali Holding” 26 yaşında

  • By admin
  • 22 Oktyabr 2024 12:21

 

26 il əvvəl tam bu gün “Palmali Holding” Türkiyədə qeydiyyata alındı. 

 

Bu illər ərzində enişli-yoxuşlu, dənizçilərin dili ilə desək, dalğalar və fırtınalarla dolu bir məsafə qət etdik. Lakin heç bir dalğa, heç bir fırtına bizi yürüdüyümüz cığırdan çıxara bilmədi.

Gununsesi.info bildirir ki, bunu Türkiyədə yaşayan həmyerlimiz “Palmali Holding”in sahibi Mübariz Mənsimov özünün sosial şəbəkə hesabında yazıb.

Komandasında çalışan hər kəsi təbrik edən iş adamı daha sonra qeyd edib:

“Başda şirkətimizin sıravi işçisindən tutmuş kapitanına qədər HAMIMIZIN 26 yaşımız mübarək olsun! “Palmali”nin və “Palmali” ailəsinin ömrü uzun, bərəkətli olsun”.

 

Günay Mahirqızı 

Gununsesi.info