İsrail qırğını davam etdirir: - Qəzzada həlak olan mülki şəxslərin cəsədləri yollarda qalıb

İsrailin Livanı bombardmanları davam edir. Bu dəfə xəstəxananın dayanacağı hədəfə alınıb. 1-i uşaq olmaqla 4 nəfər ölüb, 24 nəfər yaralanıb. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzzanın şimalında çoxlu mülki vətəndaşın öldürüldüyü, onların cansız bədənlərinin yolların kənarlarında qaldığı bildirilib.

İsrail ordusu zərbə nöqtələrinin Hizbullahla əlaqəli olduğunu iddia edib. Hücumdan əvvəl vurulacaq nöqtələrlə bağlı da xəbərdarlıq edilib.