Laçının bu kəndlərinə qar yağdı

  • By Günel
  • 21 Oktyabr 2024 22:18

Şərqi Zəngəzurun dağlıq hissələrinə yağan qar bu gün Laçın rayonunda da müşahidə olunub.

Gununsesi.info xəbər verir ki, əsrarəngiz təbiəti ilə seçilən Mirik və Quşçu kəndlərinə payız mövsümündə qar yağıb.

Bu gün, həmçinin Şuşa-Laçın yolunun bəzi yerlərinə də qar düşüb. Qar Şuşa rayonu Turşsu kəndində də müşahidə edilib.

Gununsesi.info