İsraildən Dəməşqə raket hücumu: - 2 ölü, 3 yaralı

İsrail Suriyanın paytaxtı Dəməşqdə bir avtomobilə raket zərbəsi endirib. İsrail ordusunun sözçüsü Daniel Həcəri hücumda İrandan Hizbullaha pul axınından məsul olan maliyyə qolunun rəhbərinin hədəf alındığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya rejiminin SANA agentliyinin xəbərinə görə, İsrail yerli vaxtla saat 17.05-də Mezze rayonunda bir avtomobili hava hücumu ilə hədəfə alıb.

Xəbərdə “Hücum nəticəsində 2 mülki vətəndaş ölüb, 3 mülki vətəndaş yaralanıb. Bölgədə maddi ziyan meydana gəlib” deyilir.

Həcəri bəyan edib ki, İsrail yaxın günlərdə Hizbullahın maliyyə şəbəkəsinə daha çox hücum edəcək.