Yapon tələbələr İslam dinini öyrənmək üçün Tokio məscidini ziyarət etdilər - VİDEO - FOTO

  • By Günel
  • 30 Aprel 2025 13:53

Tokiodakı orta məktəbdən 350 şagird İslam dinini öyrənmək üçün Tokio məscidini ziyarət edib. Yaponiyalı tələbələr Tokio məscidinin rəsmilərinin köməkliyi ilə İslamın inancı, ibadət prinsipləri və müsəlman həyat tərzi haqqında məlumat alıblar.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki,tələbələr məlumatları böyük maraqla dinləyərkən, eyni zamanda suallarını verib, qeydlər aparıblar.

Bu ziyarətlər Yaponiyada İslama marağın artdığını göstərir. Tokio məscidi sadəcə bir ibadət yeri olmaqla yanaşı, İslam mədəniyyətini təbliğ etmək üçün müxtəlif tədbirlər təşkil edir və ziyarətçiləri qəbul edir. Yaponiyada yaşayan müsəlmanların sayı artdıqca yerli əhalinin İslam dinini öyrənmək istəyi də diqqət çəkir.

Yaponiyada türk nişanəsi

1917-ci ildə Rusiyadan mühacirət edən və Bolşevik İnqilabı səbəbiylə Yaponiyaya sığınan Kazan türkləri tərəfindən 1938-ci ildə inşa edilən Yaponiyanın ilk məscidi kimi tanınan Tokio məscidi, xüsusilə dini bayramlarda və cümə namazlarında Tokioda yaşayan müsəlmanlar tərəfindən böyük diqqət çəkir. Hər ay 8 Yaponiya vətəndaşı müsəlman olmaq üçün məscidə gəlir. Onların şəhadəti qeydə alınır, sənədlər onlara təqdim olunur. Daha sonra hər həftənin şənbə günü İslam dini haqqında məlumat vermək üçün məscidə dəvət olunurlar.

Günel Həsənova

Gununsesi.info