Çində yaşayış massivində partlayış

  • By Admin2
  • 30 Aprel 2025 13:12

Şansi əyalətində yaşayış massivində baş verən partlayış nəticəsində ən azı 17 nəfər xəsarət alıb, hadisə yerində olan avtomobillər alovlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çinin şimalındakı Şansi əyalətində yaşayış massivində baş verən partlayış nəticəsində ən azı 17 nəfər xəsarət alıb. Çin dövlət televiziyası CCTV partlayışın bu gün yerli vaxtla saat 13:17 radələrində Taiyuan şəhərində baş verdiyini bildirib. Partlayışın səbəbi açıqlanmayıb. 

Çinin Weibo sosial media platformasında paylaşılan video görüntülərdə binanın xaricində bir neçə avtomobilin alov içində qalması, avtomobillərdən və binanın pəncərələrindən qara tüstünün qalxdığı görünür.

Partlayışdan sonra hadisə yerinə 210 yanğınsöndürən və 43 təcili yardım maşın göndərilib. Çinin Fövqəladə Hallar Nazirliyi də xilasetmə işlərinə rəhbərlik etmək üçün əraziyə işçi qrupu göndərib və binada sıxışan insanların sayını təsdiqləmək üçün hər mərtəbədə axtarışlar aparılmasını əmr edib.  

Partlayış ölkənin şimal-şərqindəki Liaoning əyalətində restoranda baş verən yanğında 22 nəfərin ölümündən bir gün sonra baş verib.

Orxan

Gununsesi.info