İran-ABŞ danışıqlarının 4-cü raundunun yeri açıqlanıb

  • By Admin2
  • 30 Aprel 2025 14:03

İranın xarici işlər naziri Abbas Ərakçi paytaxt Tehranda keçirilən kabinet iclasından sonra mətbuata açıqlama verib. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Arakçi ABŞ ilə danışıqların dördüncü raundunun mayın 3-də İtaliyanın paytaxtı Romada keçiriləcəyini və danışıqlardan əvvəl nüvə anlaşmasının Avropa tərəfləri olan İngiltərə, Fransa və Almaniya ilə görüşəcəklərini açıqlayıb.

Arakçi, “Danışıqların harada keçiriləcəyi vaxt itirəcək mühüm və ya əsas məsələ deyil. Danışıqların yerini ev sahibi ölkə Oman müəyyənləşdirir” deyib.

Nüvə anlaşmasının Avropa tərəfləri olan İngiltərə, Fransa və Almaniyanın “səhv siyasətləri” ucbatından danışıqlarda rolunun azaldığını bildirən Erakçi qeyd edib:

“Əlbəttə ki, biz bunu istəmirik və buna görə də Romada növbəti danışıqlar mərhələsində onlarla görüşməyə hazırıq. Biz bu məsələnin həllində maraqlıyıq və buna görə də Avropa ilə danışıqlarımızı davam etdirməkdə maraqlıyıq. Əsas danışıqlar hazırda ABŞ ilə gedir”.

Orxan

Gununsesi.info