
ABŞ 10 aylıq müharibədən sonra İsrail və Qəzza zolağı arasında atəşkəs təklif edib və tərəflər arasında atəşkəs əldə etməyə çalışacaq.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Atəşkəs sazişi bağlanmalıdır. O, yaxın günlərdə yekunlaşmalıdır və biz danışıqları finişə çatdırmaq üçün mümkün olan hər şeyi edəcəyik”, – deyə Antoni Blinken bildirib.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağında atəşkəslə bağlı danışıqların növbəti mərhələsini “blef” adlandırmışdı.
Onun fikrincə, İsrail onun köməyi ilə hərbi kampaniya aparmaq üçün vaxt qazanmaq istəyir.
Şəbnəm
Gununsesi.info