
Rusiya elitaları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyata başlamasından şoka düşsələr də, iki həftə ərzində vəziyyətə uyğunlaşma baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Meduza” yazır.
Məlumata görə, Kreml rusları Rusiya ərazisinə edilən hücum faktını qəbul etməyə, düşmənin məğlubiyyətini təmin edəcəyinə və ərazilərin geri qaytarılmasını səbirlə gözləməyə hazırlayır.
Bölgədə nəzarəti gücləndirmək üçün qubernator seçkilərində vaxtından əvvəl səsvermə təşkil edilib, baxmayaraq ki, bələdiyyə seçkiləri ləğv oluna bilər.
Bildirilib ki, Kursk vilayətindəki döyüşlər bir neçə ay davam edə bilər və yeni səfərbərlik dalğası ehtimalını istisna etmirlər.
“Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov Kursk vilayətindəki vəziyyətlə bağlı əsas danışan şəxs olub, çünki vəziyyətə nəzarət edən FSB ictimaiyyət qarşısında çıxış etməməyi üstün tutur.
Kreml, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hücumuna görə məsul olanların istefası məsələsini də müzakirə edib, lakin Baş Qərargah rəisi Valeri Gerasimovun dəyişdirilməsi ilə bağlı şayiələr hələ təsdiqlənməyib.