
Bir neçə gün əvvəl anasını xaricdə müalicəyə aparmaq istəyən siyasi fəal Araz Əliyev ölkədən çıxarkən məhdudiyyətlə üzləşdiyini demişdi.
Gununsesi.info-nun xəbərinə görə, artıq siyasi fəalın ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb.
Bu barədə o, öz sosial şəbəkə hesabında məlumat verib:
“Axşamüstü “üzərinizdə biz tərəfdən qoyulan məhdudiyyət yoxdur” cavabını verdilər… Artıq saat gecə 3-dür və mən ailəmin yanındayam. Anamın tibbi müayinəsi ilə bağlı işlər bu gündən başlanıb.
Yaxın günlərdə də tam bəlli olacaq hər şey. Ümid edirik ki, nəticələr ürəyaçan olacaq.
Gərgin və stresli keçən bu günlərdə mənə və ailəmə dəstək olan, bizimlə həmrəy olan dostlara, həmçinin üzləşdiyimiz problemi ictimailəşdirməyə köməklik edən, daim diqqətdə saxlayan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Var olun !”