Ukraynanın pilotsuz təyyarəsinin endirilməsi nəticəsində iki nəfər ölüb

  • By Admin2
  • 11 İyul 2025 11:47

Rusiya Ukraynanın pilotsuz təyyarələrin hücumu nəticəsində iki nəfərin öldüyünü açıqlayıb. Ukraynanın paytaxt Moskvanı hədəf almağa cəhd etdiyi də bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya hakimiyyəti Ukraynanın bu gün səhər saatlarında pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək həyata keçirdiyi hücumlarda iki nəfərin öldüyünü açıqlayıb. Ukraynanın da paytaxt Moskvadakı hədəfləri vurmağa çalışdığı bildirilib.

Rusiya Müdafiə Nazirliyi Telegram kanalında verdiyi açıqlamada Rusiyanın hava hücumundan müdafiə sistemlərinin dünən saat 23:00-dan bu gün səhər saat 07:00-a qədər 155 Ukrayna PUA-nı vurduğunu bildirib.  Rusiyanın “Rosaviatsia” aviasiya agentliyi də dünən axşam saatlarında paytaxta xidmət göstərən dörd hava limanı olan Domodedovo, Vnukovo və Jukovskidəki fəaliyyətlərin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Orxan

Gununsesi.info