Dünyaca məşhur kantri müğənnisi və aktyoru vəfat etdi

Amerikalı kantri müğənnisi və aktyoru Kris Kristofferson vəfat edib.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ifaçı 88 yaşında dünyasını dəyişib.

 

Bildirilir ki, Kristofferson “Bazar səhəri”, “Mən və Bobbi MakGi”, “Gecədən keçməyə kömək et” və başqa hitləri ilə məşhurlaşıb.

 

Qeyd edək ki, musiqiçi həmçinin üç dəfə “Qremmi” mükafatı qazanıb. Liza adlı xanımla evli olub, səkkiz övladı və yeddi nəvəsi var.

 

 

Orxan Saffari

Gununsesi.info