Almaniya müharibəyə hazırlaşır - NTV

Almaniyada yaxın 5 ildə Avropada müharibənin başlaya biləcəyini istisna etmirlər və buna görə də hərbi hazırlığı gücləndirirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə ntv telekanalı məlumat yayıb.

Bildirilir ki, Bundesver üç gün davam edən “Qırmızı Fırtına Alfa” hərbi təlimlərinin davam etdirildiyini elan edib.

Onların məqsədi “kritik infrastrukturu qorumaq, bütün səviyyələrdə vəziyyətin eyni mənzərəsini əldə etmək və təlimin bütün iştirakçıları arasında sürətli və təhlükəsiz əlaqəni təmin etmək” idi.

Məlumata görə, gələn il hərbçilər “Qırmızı Fırtına Bravo” adlı təlimlərə başlayacaqlar.

“NATO Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumundan sonra mümkün olan müharibəyə qarşı çıxmaq istəyir. Avropaya yayılarsa, bu, qoşunların qərbdən şərqə sürətlə yerləşdirilməsini tələb edəcək”, – jurnalistlər yazır.

Onlar əlavə ediblər ki, Berlin geostrateji mövqeyinə görə özünü mümkün hücuma qarşı mübarizə mərkəzi kimi görür.

 

 

Gununsesi.info