Türkiyənin BRİCS-ə üzvlüyünün təsdiqi çətin prosesdir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) ölkənin BRİKS-ə üzvlüyünü təsdiqləməsi çoxlu qərbyönlü siyasətçilərə görə asan proses olmayacaq.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin “Vətən” partiyasının sədr müavini Hakan Topkurulu deyib.

Siyasətçinin fikrincə, Ankaranın BRİKS-ə qoşulmaq üçün müraciət etməsi böyük siyasi cəsarət və eyni zamanda hücumdur, çünki Türkiyə hökumətində çoxlu “qərblilər” var : “BRICS-ə üzvlük üçün Türkiyə Böyük Millət Məclisindən təsdiq almaq asan olmayacaq. Bu mübarizənin nəticəsi həm Atlantik, həm də Asiya tərəfləri üçün çox mühüm nəticələr verəcək”.

Topkurulu BRİCS-in Türkiyənin müraciətində problem yaratmayacağına, milli iradənin təşkilata üzvlük uğrunda mübarizəni uğurla başa vuracağına ümid etdiyini bildirib.

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkənin BRİKS və ya ASEAN-da iştirakı onun NATO-dan imtinası demək deyil.

Türkiyə lideri qeyd edib ki, Ankara bu birlikləri bir-birinə alternativ hesab etmir.

 

 

Günay

Gununsesi.info