Bakıda əməliyyat: qadın saxlanıldı

  • By Günel
  • 30 Sentyabr 2024 11:51

Binə qəsəbəsində evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Binə qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Gununsesi.info