
London Milli Qalereyasında məşhur rəssam Vinsent Van Qoqun iki əsəri vandalizmə məruz qalıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Şairlər və Sevgililər” sərgisində nümayiş etdirilən “Günəbaxanlar” rəsminə “şorba” atılıb. Polis yerindəcə şübhəlilərdən 61 yaşlı Stefen Simpson, 77 yaşlı Meri Somervil və 24 yaşlı Fillipa Qrini hadisə yerində saxlayıb. Onların zərər vurmaq ittihamı ilə məhkəmə qarşısına çıxardırılacaqları bildirilib.
Qeyd edək ki, Milli Qalereya zərər vurulan tabloların daimi ekspozisiyadan müvəqqəti çıxarıldığını, lakin hər hansı bir zədə aşkarlanmadığı üçün bir neçə saat sonra yerinə qaytarıldığını bildirib.
Orxan Saffari