Norveç Rusiya ilə sərhədində hasar çəkəcək

Norveç Rusiya ilə sərhəddə hasar çəkə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Emilie Enger Mehl bildirib.

Nazir hasarın Norveç üçün yaxşı ideya ola biləcəyini deyib.

Onun sözlərinə görə, bu, təkcə çəkindirici vasitə kimi deyil, həm də ona görə maraqlıdır ki, sensorlar və texnologiyalar sərhədə yaxınlaşan insanları aşkar etməyə imkan verir. Emily Enger Mehl deyib ki, hökumət Rusiya ilə sərhədi “mümkün qədər tez” tamamilə bağlamağa hazırdır.

Nazir əlavə edib ki, Norveç hökuməti hasarın tikilməsi ilə yanaşı, işçi qüvvəsi, sərhəd nəzarəti və Storskoq sərhəd-keçid məntəqəsində nəqliyyat axınının öhdəsindən gəlmək üçün bir sıra tədbirlər nəzərdən keçirilir: “Hasar ya bütün sərhəd boyunca, ya da onun yalnız bir hissəsində görünə bilər”.

Norveçin Rusiya ilə sərhədinin uzunluğu 198 kilometrdir.

Bildirilir ki, 2016-cı ildə Norveç sərhədi velosipedlə keçən miqrant axınının qarşısını almaq üçün Storskoq sərhəd keçid məntəqəsi (Rusiya tərəfində – Borisoqlebsk) yaxınlığında 200 metrlik hasar çəkib.

Finlandiya 2022-ci ildə Rusiya ilə sərhədində hasar çəkməyə qərar verib və 2023-cü ildə hasarın təxminən üç kilometr uzunluğunda birinci hissəsi tikilib.

Ümumilikdə Finlandiya təxminən 3,5 metr hündürlüyündə (sərhədin ümumi uzunluğu 1300 kilometrdir) təxminən 200 kilometr hasar çəkməyi planlaşdırır. Plana görə, hasar 2026-cı ilin sonuna kimi tikilməlidir.

Hər iki ölkə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar 2024-cü ilə qədər Şengen vizası ilə Rusiyadan gələn turistlərin girişini tamamilə bağlayıb.

 

 

Afət

Gununsesi.info