11500 dollar cərimə: İçkili elektrikli skuter sürdüyünə görə…

BTS ulduzu, repçi Suqa içkili halda elektrikli skuter idarə etdiyinə görə 11500 dollar cərimələnib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, əsl adı Min Yoon-gi olan repçi polis tərəfindən təsadüfən tutulub. Beləki, o, evinin yaxınlığında skuterdən yıxıldıqdan sonra ayağa qalxmağa çalışarkən müəyyən olunaraq ittiham olunub. Cərimə kəsilərkən o da məlum olub ki, onun qanında spirt səviyyəsi 0,227% olub. Yəni, o, qanunla müəyyən olunan 0,08%-lik həddi çox keçib.

Qeyd edək ki, lisenziyası da ləğv edilmiş repçi avqust ayında üzr istəyərək, hadisə barəsində bunları demişdi:

“Açığı, evimə yaxın bir məsafə olduğunu düşündüm. Heç kimə və heç bir əmlaka ziyan dəyməsə də, bu, heç bir bəhanə olmadan tamamilə mənim məsuliyyətimdir. Mən diqqətsizliyim və qanunsuz davranışımdan üzr istəyirəm və gələcəkdə bunun təkrarlanmamasını təmin edəcəyəm”

Orxan Saffari

Gununsesi.info