Bakıda dava düşdü: bıçaqlananlar var

  • By Günel
  • 30 Sentyabr 2024 10:06

DİN Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb.

Gununsesi.info-nun xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info